Bu ölkə 32 milyon “Sputnik V” vaksin dozası sifariş verib
11.09.2020 19:33

Rusiyanın Birbaşa İnvestisiyalar Fondu 32 milyon “Sputnik V” peyvənd dozasının Meksikaya çatdırılması üzrə sazişin imzalandığını bildirib.

 

Aztibb.az "Interfax" agentliyinə istinadla xəbər verir ki, Meksikaya çatdırılacaq vaksin partiyası ölkədə yaşayan hər dörd nəfərdən birini peyvənd etməyə imkan verəcək.

 

“Sentyabrın 9-da Rusiyanın Birbaşa İnvestisiyalar Fondu və “Landsteiner Scientific” əczaçılıq şirkəti Meksikaya 32 milyon “Sputnik V” vaksin dozasının çatdırılması barədə sazişin imzalandığını elan edib. Meksikanın dövlət tənzimləmə orqanlarının razılığı alınsa, vaksinlər 2020-ci ilin noyabrında ölkəyə çatdırılmağa başlanılacaq”, - deyə məlumatda qeyd olunur.

 

Bundan başqa, noyabr ayından başlayaraq Braziliyaya 50 milyon “Sputnik V” vaksin dozasının çatdırılması da nəzərdə tutulur.

 

Qeyd edək ki, Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dimitriev Braziliyanın nəinki klinik sınaqlara qoşulmağa, həm də “Sputnik V” vaksinlərini öz ölkəsində istehsal etməyə hazır olduğunu deyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib