Hindistanda koronavirusa qarşı istiliyə davamlı vaksin yaradılır  
17.04.2022 10:18

Hindistanlı mütəxəssislər koronavirusa qarşı istiliyə davamlı vaksin üzərində iş aparırlar. Bu vaksinin daşınması üçün xüsusi soyuducu sistem tələb olunmayacaq.

 

Aztibb.az regnum.ru-ya istinadla xəbər verir ki, bu vaksin dörd həftə ərzində 37 dərəcə temperaturda və 90 dəqiqə ərzində suyun qaynama temperaturunda (100 dərəcə) saxlanıla bilər.

 

Mütəxəssislərin sözlərinə görə, siçanlar üzərində sınaqdan keçirilmiş yeni preparat koronavirusun müxtəlif variantlarına, o cümlədən “delta” və “omikron” ştamlarına qarşı anticisimlərin güclü cavabını yaradır.


Britaniya-İsveç şirkəti və Oksford Universiteti tərəfindən yaradılmış, Hindistan vaksinlər İnstitutu tərəfindən buraxılan preparat 2-8 dərəcə temperaturda saxlanmalıdır.


Yeni vaksini yaradanlar bildirirlər ki, onun istiliyə davamlılığı vaksinlərin qeyri-bərabər paylanması probleminin həlli, eləcə də soyutma zəncirləri sistemi inkişaf etməmiş, gəlir səviyyəsi aşağı olan ölkələrin COVID-19-a qarşı preparatlarla təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib