Omikron ştamının B2 növünün sürətli yayılma qabiliyyəti var - ÜST
07.04.2022 13:50

Bəzi Şərqi Avropa ölkələrində yoluxmanın artmasının səbəbi Omikron ştamı ilə əlaqələndirilir.

 

Aztibb.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, hazırda bir çox Avropa ölkələrində koronavirusa yoluxma sayında artım müşahidə olunur. Bu da göstərir ki, pandemiya hələ də bitməyib və qabaqlayıcı tədbirlər görməyə davam etməliyik.

 

"Omikron ştamının B1 və B2 növləri mövcuddur və B2 növünü daha sürətli yayılma qabiliyyətinə malikdir. Risk qrupuna daxil olan şəxslərin, yaşı 65-dən çox olanların, hamilə qadınların qorunması mütləqdir. Qapalı məkanlarda maskadan istifadə olunması önəmli faktordur. Azərbaycanda əhalinin peyvəndlənmə göstəricisi 48%-dən yuxarıdır, lakin hədəfimiz bu göstəricinin 70 faizi ötməsidir. Son günlər ölkədə yoluxma və ölüm halında azalma müşahidə olunur, lakin unutmamalıyıq ki, pandemiya hələ də davam edir", - deyə H. Harmancı bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib