Pandemiya ilə bağlı qaydalar sərtləşdirilir - Avstriyada
11.09.2020 11:29

Avstriyada koronavirusa yoluxma hallarının son həftələrdə artması ölkə üzrə bir sıra məhdudiyyətlərin tətbiqini labüd edib.

 

Aztibb.az xəbər verir ki, ölkədəki epidemioloji vəziyyəti əks etdirən işıqfor sistemində daha bir neçə region (Kornoyburq, Şvats in Tirol və Viner Noyştadt rayonları və İnnsbruk şəhəri) sarı rəngdə olacaq. Bununla yanaşı, bütün ölkə üzrə qapalı məkanlarda keçirilən tədbirlərə qatılan insanların sayı 2500, açıq məkanlarda isə 500 nəfərlə məhdudlaşdırılır. Əgər qapalı məkanlardakı tədbirlərdə hər bir iştirakçının konkret yerdə oturmasını təmin etmək mümkün deyilsə, bu zaman iştirakçı sayı maksimum 100 nəfər ola bilər. Bundan başqa, supermarket, aptek və banklarda tətbiq edilən maska öhdəliyi bütün qapalı məkanlara şamil ediləcək.

 

Yoluxma hallarının sürətlə artması hökumətin yaxın günlərdə əlavə məhdudiyyətləri gündəmə gətirəcəyini söyləməyə əsas verir.

 

Qeyd edilməlidir ki, Avstriyada gündəlik yoluxma halları 716-ya çatıb. Bununla da ölkə üzrə aktiv xəstələrin sayı 4456 nəfərdir, onlardan 205 nəfəri xəstəxanada müalicə alır.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib