Plazma müalicəsi COVID-19 ölümlərini azaltmaqda səmərəsizdir - Hindistanlı mütəxəssislər
10.09.2020 23:26

Hindistanın əsas tibbi tədqiqat qurumu olan Tibbi Araşdırmalar Mərkəzinin mütəxəssisləri konvalesent plazma müalicəsinin COVID-19 səbəbindən ölüm hallarının qarşısını almağa kömək etmədiyini düşünürlər.

 

Aztibb.az Hindistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə mərkəzin mütəxəssislərinin Medrxiv səhiyyə saytında yerləşdirilən araşdırmalarının nəticəsində qeyd olunur. Hindistanlı mütəxəssislər aprel-iyul aylarında ölkənin 39 xəstəxanasında apardıqları araşdırma və müşahidələr nəticəsində plazma müalicəsinin COVID-19 səbəbindən ölüm hallarını azaltmamaqla yanaşı, ağır xəstələrin müalicəsində də səmərəsiz olduğu qənaətinə gəliblər. Araşdırma zamanı vəziyyəti orta olan COVID-19-a yoluxmuş 1210 pasiyent iki qrupa bölünüb. Birinci qrup xəstələrə 24 saat fasilə ilə iki dozada plazma vurulub, ikinci qrup pasiyentlər isə adi qaydada yaxşı müalicə alıblar. Hər iki qrup üzrə müalicənin başlamasından 28 gün sonra xəstəliyin ağırlaşması və ölüm sayı nəzərə alınaraq, ilkin rəy verilib. Plazma müalicəsi alanların 13,6 faizi ölüb, 7,2 faizinin vəziyyəti ağırlaşıb, adi qaydada müalicə alanların isə 14,6 faizi ölüb, 7,4 faizinin vəziyyəti pisləşib. Mütəxəssislər qeyd olunan rəqəmlərdəki çox cüzi fərqi əsas götürərək, plazma müalicəsinin gözlənilən səmərəni vermədiyini qeyd ediblər.

 

Plazma indiyədək bir çox infeksion xəstəliklərin müalicəsində istifadə olunub. Burada əsas fikir odur ki, əgər kimsə virusa yoluxub və sağalıbsa, bu zaman onun orqanizmində müəyyən anticisimlər formalaşıbsa, həmin anticisimlər digər şəxslərin də sağalmasına kömək edə bilər. Müxtəlif viruslara qarşı təcrübədən keçirilən həmin üsul heç də həmişə işə yaramır. COVID-19 virusu ortaya çıxandan bəri bəzi ölkələrdə plazma müalicəsi də tətbiq olunur.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb