İsraildə iki nəfər koronavirusun “hələ dünyaya məlum olmayan” variantına yoluxub
21.03.2022 16:23

İsraildə iki nəfər koronavirus infeksiyasının ekspertlərin “hələ dünyaya məlum olmayan” adlandırdıqları yeni variantına yoluxub.

 

Aztibb.az bu barədə İsrail KİV-inə istinadla xəbər verir.

 

İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, “COVID-19-un yeni ştamı pasiyentlərdə yüngül qızdırma, baş və əzələ ağrıları simptomlarına səbəb olub”. Genetik ardıcıllıq göstərib ki, aşkar edilmiş variant “omikron” ştamının BA.1 və BA.2 versiyalarının birləşməsidir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, qarışıq ştamın yaratdığı təhlükə lazımi qədər qiymətləndirilməlidir.

 

Xatırladaq ki, “omikron” BA.1 variantı şəklində keçən ilin qışından etibarən bütün dünyada dominant olub. Qısa bir zamanda aydın oldu ki, koronavirusun bu versiyası onun sələfi “delta” ilə müqayisədə o qədər də aqressiv və ağır deyil. Bir çox cəhətdən ekspertlər bunu vaksinasiya ilə əlaqələndirirlər. Daha sonra BA.2 (“stels-omikron” adlandırılan) versiyası peyda oldu, onun xüsusiyyəti isə həddindən artıq yoluxucu mühitdir. Bu növ istənilən digər ştamla müqayisədə daha yoluxucudur. Hazırda dünyanın bir sıra regionunda BA.2 infeksiyasının səbəb olduğu koronavirusa yoluxma hallarında artım müşahidə olunur.

 

ÜST yüksək dərəcədə ayıq olmaq zərurəti ilə bağlı xəbərdarlıq edir. Ekspertlərinin fikrincə Asiya ölkələri - Çin və Cənubi Koreyada yoluxma hallarında bu yaxınlarda qeyd olunan artım pandemiyanın yeni dalğasından xəbər verə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib