Koronavirus pandemiyası qlobal istiləşmənin qarşısını ala bilməyib
09.09.2020 22:34

Koronavirus pandemiyası qlobal iqlim dəyişikliyini dayandırmayıb.

Aztibb.az BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, bu barədə aparıcı elmi təşkilatların sentyabrın 9-da dərc olunan idarələrarası hesabatında deyilir.

Alimlər bu ilin birinci yarısında pandemiyanın əsas iqlim göstəricilərinə təsirini müşahidə ediblər. Məruzə müəlliflərinin qənaətinə görə, atmosferdə istixana qazlarının konsentrasiyası bu müddət ərzində artmaqda davam edib.

 

Ayrı-ayrı ölkələrin özünü təcrid etməsi və ümumi iqtisadi tənəzzül nəticəsində yaranan müvəqqəti azalmadan sonra tullantılar pandemiyadan əvvəlki səviyyəyədir. Nəticə etibarı ilə indiki beş illik dövr rekord göstəricilər arasında ən isti dövr olub. Bu da beynəlxalq birliyin əvvəlcədən razılaşdırılmış qlobal temperatur artımını sənayedən əvvəlki dövrlə müqayisədə, Selsi şkalası ilə 1,5 faizdən çox olmamaqla ziddiyyət təşkil edir. Məruzədə iqlim dəyişikliyinin buzlaqlara, okeanlara, ümumiyyətlə təbiətə, qlobal iqtisadiyyata və insanların həyat şəraitinə artan təsirinə toxunulub. Sənəddə, həmçinin bildirilib ki, COVID-19 qlobal müşahidə sistemi vasitəsilə iqlim dəyişikliyinin müşahidə olunmasına mane olur.


Sənəddə qlobal iqlim dəyişikliyinə dair ən son elmi məlumatlar və ekspertlərin tapıntıları yer alıb.

BMT-nin Baş katibi Antonio Quterreş hesabatın məzmununu belə şərh edib: “Əvvəllər heç vaxt o qədər aydın olmayıb ki, bəşəriyyət iqlim böhranının aradan qaldırılması üçün uzunmüddətli və bütün əhatəli tədbirlər görməlidir. Pandemiyadan sonrakı bərpa dövründə biz nəsillərimiz üçün daha yaxşı gələcək qurmaq üçün bütün imkanlardan istifadə etmək məcburiyyətindəyik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib