“Çox sevinirəm ki, Azərbaycanda Avropa standartlarına uyğun xəstəxana var” -  Mərkəzi Gömrük Hospitalının pasiyenti  
04.03.2022 09:17

Mərkəzi Gömrük Hospitalında COVID-19 xəstəliyindən 10 gün müddətində müalicə alan 56 yaşlı pasiyent Arzu Nuriyeva Aztibb-az-a aldığı müalicə və cari sağlamlıq vəziyyətindən bəhs edib.  O, Hospitalın tibb personalının xəstələrə çox böyük qayğı və diqqət göstərdiyini söyləyib.

 

Pasiyent Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədovun hər gün ona şəxsən baş çəkərək müalicəni nəzarətdə saxladığını deyib:

 

“COVID-19 xəstəliyinə yoluxduqda ailə üzvlərim böyük narahatlıq keçirdi. Məndə həm də zob xəstəliyi olduğu üçün koronavirusu ağır keçirirdim. Lakin Mərkəzi Gömrük Hospitalında mənim müayinə və müalicələrim yüksək peşəkarlıqla həyata keçirildi. Burada qidalanma, dərman təchizatı və tibbi xidmət üst səviyyədədir. Mən çox sevinirəm ki, Azərbaycanda Avropa standartlarına uyğun belə bir xəstəxana var”.

 

A.Nuriyeva, həmçinin yaradılan şəraitə görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, baş həkim Elman Məmmədova, infeksionist həkim Mədinə Abdullayevaya, eləcə də tibb bacıları və digər əməkdaşlara dərin minnətdarlığını ifadə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib