ABŞ-da koronavirusa yoluxan uşaqların sayı açıqlanıb
09.09.2020 15:02

ABŞ-da epidemiyanın əvvəlindən bəri 500 mindən çox uşaq koronavirus infeksiyasına yoluxub.

 

Aztibb.az ABŞ KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ABŞ Pediatriya Akademiyasının məruzəsində məlumat yayıb. Məruzədə sentyabrın 3-dək uşaqlar arasında koronavirusa yoluxma halları barədə tədqiqatın nəticələri təqdim edilib. Mütəxəssislər 49 ştatda müxtəlif yaşda uşaqlar arasında yoluxma halları barədə məlumatlar toplayıb. Texas ştatı həmin siyahıya daxil edilməyib.

 

Sənəddə bildirilir ki, indiyə qədər 513 min 415 uşaq COVID-19 xəstəliyinə yoluxub. Bu, bütün yoluxma hallarının 9,8 faizinə bərabərdir.

 

Mütəxəssislərin hesablamalarına görə, ABŞ-da hər 100 min uşaqdan 680-i koronavirus infeksiyasına yoluxub, 42 ştatda, o cümlədən Nyu-Yorkda uşaqlar arasında infeksiyadan ölüm halları müşahidə edilib. Uşaqlar arasında ölümlə nəticələnən yoluxma halların ümumi sayı 103-ə çatıb - 0,3 faiz.

 

Qeyd edək ki, Birləşmiş Ştatlar həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada ilk yerdə qərarlaşıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib