ABŞ-da koronavirusa 24 min yeni yoluxma faktı qeydə alınıb
09.09.2020 11:53

Cons Hopkins Universitetinin çərşənbə axşamı dərc edilən məlumatına görə, bazar ertəsi ABŞ-da 24 mindən çox koronavirusa yoluxma faktı aşkarlanıb.

 

Aztibb.az xəbər verir ki, bu, yayın əvvəlindən ölkədə ən aşağı göstəricidir. Sonuncu dəfə ABŞ-da iyunun 21-də 30 mindən az yoluxma barədə məlumat verilib. Elə həmin mənbənin məlumatına görə, bazar ertəsi 267 nəfər koronavirusun qurbanı olub. Birləşmiş Ştatlarda yoluxmaların sayı iyulun ortalarında özünün pik həddinə (77 mindən yuxarı) çatdıqdan sonra durmadan azalır.

 

Lakin ABŞ-da koronavirusa yoluxanların sayının azalmasına baxmayaraq, digər ölkələrlə müqayisədə xəstəliyə tutulanlar daha çoxdur. Cons Hopkins Universitetinin məlumatına görə, pandemiya başlanandan indiyədək 6,301 milyon yoluxma və 189.200 ölüm faktları təsdiqlənib. Daha çox yoluxanların qeydə alındığı üç ştatda - Kaliforniya, Texas və Floridada iyulun ortalarından başlayaraq ən aşağı göstəricilər müşahidə edilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib