COVID-19-un cəsəddə uzun müddət qaldığı müəyyən olunub
17.02.2022 09:31

İtaliyanın D'Annunzio Universitetinin alimləri COVID-19 virusunun cəsəddə uzun müddət qaldığı qənaətindədirlər.

 

Aztibb.az xəbər verir ki, İtaliyada dənizdə çimərkən itən və ertəsi gün qayalıqlarda tapılan Ukrayna vətəndaşının cəsədi dəfnlə bağlı icazələr alınana qədər Chieti Xəstəxanasının meyitxanasında saxlanılıb. Həmin şəxsdə heç bir COVID-19 əlaməti olmayıb.

 

Cəsəd həkimlər tərəfindən 41 gün ərzində 28 dəfə koronavirus testindən keçirilib. Testin nəticəsi hər dəfə müsbət olub. Əldə edilən nəticə isə COVID-19 virusunun cəsədlərdə qaldığını göstərib. Cəsədin parçalanması səbəbindən 41 gündən artıq müddətdə hər hansı əlavə müayinə aparmaq mümkün olmayıb.

 

Bildirilib ki, virusa yoluxma riskini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var. Lakin bu günə qədər koronavirusun cəsəddən yayılması ilə bağlı hər hansı bir fakta rast gəlinməyib.

 

“Journal of Medical Case Reports” jurnalında dərc olunan hesabatda da qeyd olunub ki, mövcud “SARS-CoV-2 RNA” virusu ölümdən sonra 41 günə qədər insan bədənində qalır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib