Uzun müddət blenderlə üyüdülmüş qidalar yeyən uşaqlarda... - Valideynlərin DİQQƏTİNƏ!
14.02.2022 13:33
Uşaqların qidalanması və yemək vərdişləri analar üçün çox əhəmiyyətlidir. Xüsusən uşağın ilk 6 aylıq dövründə ilk qida kimi tərəvəzlər tövsiyə olunur. Heç bir uşaq birdən-birə rahatlıqla əlavə qidanı qəbul etmir. Çünki bu dövrdə uşağın həyatına yeni qidalar, dadlar daxil olur. Analar da onların bu yeni dadlara alışmalarını və müntəzəm olaraq yemək vərdişlərini mənimsəmələrini gözləyirlər.
Aztibb.az xəbər verir ki, pediatr-neanotoloq Nurəngiz Hacıyeva bildirib ki, uşağın həyatına səhər yeməyi və şorbalar daxil olmağa başlayanda qidalar həmcins olmalıdır, çəngəllə əzilməlidir. Bu, uşağın çeynəmə və udma bacarıqları əldə etməsi üçün vacibdir. Əks halda, daima blenderlə üyüdülmüş qidalar yeyən uşaqlarda "Blender Babies" formalaşmağa başlayır. Uşağı ilk gündən necə qidalandırmağa başlasaq, elə də davam edəcək:
"Daim hamar qidalar versəniz, çənə əzələlərini gücləndirməyi, damağı ilə əzməyi, dili ilə çevirməyi öyrənə bilməz. Gələcəkdə o, ən kiçik bərk şeyi yeməkdən imtina edəcək və qusacaq. Tədricən vitamin azlığı və qan azlığı inkişaf edəcək. 8 aydan xırda doğranmış qidaları yedikcə, uşaq özü qidanı götürməyə başlayacaq, bununla incə motorika bacarıqları inkişaf edəcək. Qidaları çeynəmək nitqin inkişafı üçün də vacibdir".
Həkim onu da bildirib ki, davamlı olaraq blender ilə üyüdülmüş yemək yeyən uşaqlar diri-diri yeməkləri yeməyi öyrənməkdə çətinlik çəkirlər. Blender uşaq bağçaya başlayanda və ya müxtəlif sosial mühitlərə daxil olduqda yemək problemi yaradır. Doyma hissi zəif olan uşaqlar piylənmə riski ilə üzləşə bilər.
Blenderin diş əti üçün də ziyanı var. Uşaq qidanı çeynədikcə damaq və dişlər "masaj" olunur, qan dövranı yaxşılaşır. Odur ki, ilk dövrdən blenderdən istifadə etməməyi çalışmaq lazımdır. Blenderi tətbiq etməmək, onu həyatımızdan çıxarmaqdan daha asandır.
"Çeynəmə fəaliyyəti beyinin toxluq hiss etməsinə və yeməyi dayandırmasına imkan verir. Ancaq davamlı olaraq hamar və üyüdülmüş yeməklərlə qidalanan uşaqlarda çeynəmə olmadığı üçün toxluq hissi daha az olur", - deyən həkim bu mövzuda valideynləri diqqətli olmağa çağırıb.
Bu bölməyə aid digər xəbərlər
COVID-19 təhlükəsi tam aradan qalxmayıb - Risk qrupunda olanlar diqqətli olmalıdır
14.10.2026 | 10:28
Qripdən sonra ürəyi dayanan 8 yaşlı J-Pop ulduzunun ölümü miokarditin təhlükəsini gündəmə gətirdi
08.10.2026 | 15:33
Heyvanlardan keçən yeni koronavirus aşkarlanıb
23.09.2026 | 12:00
COVID-19 beyində iz buraxdı: Pandemiyadan 5 il sonra narahatedici təsir üzə çıxıb
13.09.2026 | 09:49
Akademik: Pandemiyanın astanasındayıq
07.09.2026 | 12:53
ABŞ-da hərbçilərin ölümündə COVID-19 vaksinlərinin rolu araşdırılır
04.09.2026 | 09:44
COVID-19 Epşteyn-Barr və herpes viruslarını yenidən aktivləşdirə bilər - TƏDQİQAT
27.08.2026 | 07:15
Son 1 həftədə COVID-19-dan 14 nəfər ölüb - Dövlət yoluxmaları artırdı
12.08.2026 | 11:46
"Chandipura" virusu narahatlığı - Müdaxilə qrupu səfərbər edilib
10.08.2026 | 09:33
Konqoda Ebola epidemiyası böyüyür - Virusun mutasiyaya uğraması ehtimalı araşdırılır
08.08.2026 | 10:47
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

