“Omikron”un adi soyuqdəymə ilə eyni əlamətləri daşıması əhali arasında çaşqınlıq yaradır
11.02.2022 14:25

İki ildən artıqdır ki, həyatımıza daxil olan yeni növ koronavirusun (COVID-19) ştamları narahatlıq yaratmaqda davam edir. Ölkəmizdə əhalinin yoluxma statistikasında hər gün yüksək rəqəmlərlə rastlaşırıq. “Omikron”un adi soyuqdəymə ilə eyni əlamətləri daşıması əhali arasında çaşqınlıq yaradır.

 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov yeni ştamda qızdırma, dad və iybilmə kimi ənənəvi əlamətlərin olmadığını bildirib: “Omikron” əvvəlki ştamlardan inkubasion dövrünün qısalığı ilə fərqlənir. Gündüz xəstə ilə təmasda olan şəxs axşam xəstələnir, maksimum 3-5 gün ərzində əlamətlər meydana çıxır. Onun başqa bir fərqi ondan ibarətdir ki, törətdiyi xəstəlik nəticəsində yuxarı tənəffüs yolları zədələnir, ağciyər zədələnməsi daha az hallarda olduğuna görə xəstəxana şəraitində müalicə və ağır halların inkişafına nadir hallarda rast gəlinir. Əhalinin əksər hissəsi onu yüngül keçirir”.

 

O, “Omikron”un koronavirusun sonuncu ştamı olması barədə fikirlərə münasibət bildirərək deyib: “Bunu əvvəlcədən proqnozlaşdırmaq olmaz. Fərziyyələrə inanmaqdansa, peyvənd olunmaq daha düzgün yoldur. Peyvəndin iki dozasını qəbul edən beş ay sonra “buster” dozanı da vurdurmalıdır ki, orqanizmin qazandığı immunitet zəifləməsin. Bu, heç də pandemiyanın sona çatmağı demək deyil. Növbəti aylarda xəstə sayında bir qədər azalmalar ola bilər. Lakin yeni ştamın meydana çıxacağı təqdirdə yeni dalğalar da ola bilər”.

 

Mövcud qaydalara riayət etməklə yanaşı, peyvəndləmə prosesinə də ciddi yanaşılmalıdır. COVID-19-la mübarizədə ən sınanmış yol bundan ibarətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib