Pasiyent rəyi: “Həm peyvəndləmə, həm də aldığım düzgün müalicə ilə koronavirusa qalib gəldim”
10.02.2022 17:50

Koronavirus əleyhinə vaksinin 3 dozasını alan, peyvənd olunduğu halda virusa yoluxan və bu səbəbdən 1 həftə ərzində Mərkəzi Gömrük Hospitalında yatan 48 yaşlı pasiyent Rəşad Qurbanov Aztibb-az-a aldığı müalicə və cari sağlamlıq vəziyyətindən bəhs edib.  

 

O, bildirib ki, müalicə aldığı müddətdə həkimlərin və tibb bacılarının peşəkarlığı ilə yanaşı, ümumilikdə personalın diqqət və qayğısı, mehribanlığı onun tez bir zamanda sağlamlığına qovuşmasında böyük rol oynayıb:

 

“Artıq müalicəm uğurla tamamlanıb, COVID-19-un heç bir simptomunu hiss etmirəm. Özümü çox yaxşı hiss edirəm”.

 

Pasiyent göstərilən yüksək səviyyəli xidmətə görə Hospitalın baş həkimi Elman Məmmədova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, o cümlədən həkimlərə, tibb bacılarına və digər əməkdaşlara dərin minnətdarlığını ifadə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib