Buster doza “omikron”dan 68 faiz qoruyur - TƏDQİQAT
09.02.2022 09:22

Niderland Milli Səhiyyə İnstitutunun apardığı tədqiqat koronavirus əleyhinə vaksinlərin buster dozasının “omikron” ştamından 68 faiz qoruduğunu göstərib.

 

Aztibb.az www.ukrinform.ru-ya istinadla xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, tam vaksinasiyadan və yoluxmadan sonra “delta” ştamına yoluxma ehtimalı müvafiq olaraq 76 və 78 faizdir. “Omikron” üçün bu göstəricilər 33 və 25 faizə bərabər olub. Buster dozasından sonra müdafiə səviyyəsi “delta” ştamında 93 faizədək, “omikron”da isə 68 faizədək yüksəlib.

 

Bildirilir ki, məsələ busterin müdafiə qabiliyyətinin nə qədər davam etməsidir. 2021-ci il noyabrın 22-dən 2022-ci il yanvarın 19-dək olan dövrdə “omikron” ştamının yalnız BA.1 variantı tədqiq edilib. Gözlənilir ki, daha yoluxucu olan BA.2 subvariantı Niderlandda yaxın zamanlarda dominantlıq etməyə başlayacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib