"Koronavirus getdikcə zəifləyir, ən qısa zamanda pandemiya bitəcək" - Tanınmış həkimdən PROQNOZ
05.02.2022 12:12

Təəssüf ki, yenə hər kəs təşviş içindədir. Dəfələrlə müxtəlif müsahibələrdə demişəm, yenə deyirəm: yoluxma sayı önəmli deyil, rəqəmlər sizi qorxutmasın. Önəmli olan ağırlaşma sayıdır.

 

Aztibb.az-ın xəbərinə görə, İstanbul Hospitalın direktoru, həkim-radioloq Aydın Əliyev  son zamanlar ölkəmizdə koronavirusa yoluxmaların sayının artması ilə bağlı fikirlərini bölüşərkən belə söyləyib.

 

Hazırda aktiv həkim kimi fəaliyyət göstərdiyini deyən A.Əliyev bildirib ki, hər gün boğazı qıcıqlanan, öskürən, qızdırması olan xəstələri müayinə edir və real olaraq görür ki, son mutasiyalarda ağırlaşma sayı azdır:

 

"Arxayın olun, qorunmayın" demirəm. Əlbəttə, bunlar vacibdir, lakin qorxmayın. Koronavirus getdikcə zəifləyir, ən qısa zamanda pandemiya bitəcək. Buna əmin olun".

 

Azərbaycanda yoluxma sayının 7000-ə çatmasından danışan həkim qeyd edib ki, hər il dünyada 1 milyard insan qrip virusuna yoluxur, lakin karantin elan edilmir. Ağırlaşan xəstələr müvafiq müalicəni almalıdır. Yüngül xəstələr tezliklə sağalacaq. O2 Saturasiyası 95-dən çoxdursa, ümumiyyətlə narahat olmağa dəyməz. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib