"Səhhətimə peşəkar yanaşıldığına görə əlavə dərman və iynələrə ehtiyac olmadan koronavirusa qalib gəldim" - Pasiyent RƏYİ
04.02.2022 14:36

Koronavirus diaqnozu ilə Mərkəzi Gömrük Hospitalında müalicə alan və sağalan pasiyent Sveta Sadıqova Aztibb.az-a təəssrüatlarını bölüşüb. O, bildirib ki, hospitalda yaradılmış yüksək şərait, peşəkar tibbi personal və həkimlərin səyi nəticəsində koronavirusa qalib gəlib:

 

“Həyat yoldaşım da koronavirus səbəbindən burada müalicə alırdı. Hər gün bizim səhhətimizlə yaxından maraqlanır, lazımi analizləri götürürdülər. Hər ikimiz orqanizmimizə uyğun, fərdi müalicə təyin edildiyinə, səhhətimizə peşəkar yanaşıldığına görə əlavə dərman və iynələrə ehtiyac olmadan tam şəkildə sağalmışıq”.

 

Sveta xanım, həmçinin COVID-19 əleyhinə vaksinin 3 dozasını aldığını qeyd edib.

 

Pasiyent onun müalicəsində rolu olan hər kəsə -  Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədova,  həkim infeksionist Mədinə Abdullayevaya, eləcə də digər həkim və tibb bacılarına dərin minnətdarlığını ifadə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib