Dosent Rafiq Bayramov “Omikron” ştamının əsas əlamətlərini açıqlayıb
02.02.2022 11:02
İlk dəfə Cənubi Afrika ölkələrində aşkar edilən koronavirusun “Omikron” ştamı ölkəmizdə də yayılmaqdadır. O, digər ştamlara nisbətən daha sürətlə yayılır ki, mütəxəssislər bunun səbəbini daha yoluxdurucu olması ilə əlaqələndiriblər.
Bu barədə Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov məlumat verib.
Kafedra müdiri bildirib ki, “Omikron” ştamına yoluxanlar xəstəliyi nisbətən yüngül keçirirlər. Amma bu ştamın digərlərindən fərqi yoluxuculuq qabiliyyətinin daha yüksək olmasıdır: “Əvvəllər koronavirusun digər ştamları ilə yoluxanlar və vaksinasiya olunmuş şəxslər “Omikron” ştamı ilə yoluxduqda daha yüngül, bəzən simptomsuz keçirirlər. Təcrübə də göstərir ki, bu ştamla yoluxanların ağciyərlərində zədələnmə nisbətən az müşahidə olunur”.
Dosent R.Bayramov heç kimə arxayınlaşmamağı, qaydalara əməl etməyi məsləhət görüb. Bildirib ki, əgər qaydalara əməl edilməsə, bu ştam zamanı da, xüsusilə peyvənd olunmamış və risk qrupuna aid olan şəxslərdə ağırlaşma halları baş verə bilər.
Tənəffüs infeksiyalarına, o cümlədən koronavirus infeksiyasına yoluxmaqdan qorunmağın elə də asan olmadığını deyən R.Bayramov heç kimin bundan sığortalanmadığını bildirib: “Xəstələnməmək və ya yoluxduqda xəstəliyi yüngül keçirmək üçün vaksinasiya olunmaqla yanaşı, orqanizmin immun qabiliyyətini normal vəziyyətdə saxlamaq çox önəmlidir. Xəstəliklərin inkişafında və gedişində irsi faktorların da rolu danılmazdır. Koronavirusun gedişi, xüsusilə ağır gedişli xəstələrin müşahidəsi onu deməyə əsas verir ki, burada da genetik faktorların rolu var”.
Həkim “Omikron” ştamı ilə yoluxma zamanı müşahidə edilən əlamətlərdən də danışıb. Qeyd edib ki, bu zaman xəstədə boğaz ağrısı, boğazda quruluq və diskomfort, səsin dəyişilməsi, burun axması və tutulması, hərarətin yüksəlməsi, baş ağrısı, əzələ ağrısı və s. əlamətlər ən çox müşahidə olunur. “Omikron” ştamı ilə yoluxma zamanı klinik gedişdən asılı olaraq müalicəyə başlanılmalıdır.
Onun sözlərinə görə, ehtiyac olmadığı halda çoxsaylı toksiki dərman preparatlarını, o çümlədən venadaxili infuziyaları - sistemləri istifadə etmək lazım deyil. İzolyasiya olunmalı, bol ilıq maye və yalnız həkimlərin məsləhəti ilə dərman preparatı qəbul edilməlidir: "Koronavirus infeksiyasının insanlara vurduğu ən böyük zərbə isə psixolojidir. Ona görə də panikaya düşməmək, müalicə həkiminin tövsiyələrinə əməl etmək vacibdir”.
Bu bölməyə aid digər xəbərlər
COVID-19 təhlükəsi tam aradan qalxmayıb - Risk qrupunda olanlar diqqətli olmalıdır
14.10.2026 | 10:28
Qripdən sonra ürəyi dayanan 8 yaşlı J-Pop ulduzunun ölümü miokarditin təhlükəsini gündəmə gətirdi
08.10.2026 | 15:33
Heyvanlardan keçən yeni koronavirus aşkarlanıb
23.09.2026 | 12:00
COVID-19 beyində iz buraxdı: Pandemiyadan 5 il sonra narahatedici təsir üzə çıxıb
13.09.2026 | 09:49
Akademik: Pandemiyanın astanasındayıq
07.09.2026 | 12:53
ABŞ-da hərbçilərin ölümündə COVID-19 vaksinlərinin rolu araşdırılır
04.09.2026 | 09:44
COVID-19 Epşteyn-Barr və herpes viruslarını yenidən aktivləşdirə bilər - TƏDQİQAT
27.08.2026 | 07:15
Son 1 həftədə COVID-19-dan 14 nəfər ölüb - Dövlət yoluxmaları artırdı
12.08.2026 | 11:46
"Chandipura" virusu narahatlığı - Müdaxilə qrupu səfərbər edilib
10.08.2026 | 09:33
Konqoda Ebola epidemiyası böyüyür - Virusun mutasiyaya uğraması ehtimalı araşdırılır
08.08.2026 | 10:47
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

