Nevroloq: Hava dəyişikliyi miqren tutmalarına səbəb olur
01.02.2022 11:36
İrəliləyən baş ağrısı sindromu olaraq təyin olunan miqrenə səbəb kimi bir çox faktorun olduğunu qeyd edən mütəxəssis, hava dəyişikliklərinin də miqren tutmaları üçün əhəmiyyətli bir əsas olduğunu vurğulayıb.
 
Aztibb.az xəbər verir ki, nevrologiya mütəxəssisi Emin Özcan hava dəyişikliyinin orqanizmə necə təsir edə biləcəyini izah edib. O, həmçinin bu istiqamətdə epidemioloji araşdırmalardan əldə edilən nəticələrin hələ də qeyri-kafi olduğunu bildirib.
 
Miqren hallarına nəyin səbəb olduğunun hələ tam olaraq bilinmədiyini xatırladan Emin Özcan bunun insandan insana dəyişə bildiyini deyib.
 
“Bəzi qidalar, hormonal dəyişikliklər və stress miqreni tətikləyən amillər arasında olsa da, dəyişkən hava şəraiti də mühüm faktordur. Hər hava dəyişikliyinə hər kəs eyni reaksiya vermir. Bəzi insanlarda istilik, bəzilərində isə soyuq hava miqrenə səbəb ola bilər. Bəzi hallarda isə birdən çox faktorun bir araya gəlməsi miqrenə əsas yarada bilər”, – deyə nevroloq bildirib.
 
Mütəxəssis onu da qeyd edib ki, miqren və hava arasındakı əlaqə qismən tədqiqatın çətinliyi səbəbindən aydın şəkildə müəyyən edilməyib. Ümumiyyətlə məludur ki, hava dəyişikliyi müxtəlif xəstəliklərə təsir edib ağrıya səbəb ola bilər.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub