Nəfəs borusunda yerkökü parçası qalan azyaşlı əməliyyat edilib - Mərkəzi Klinika
01.02.2022 11:51
1 yaşında uşaq yemək yediyi zaman qəfildən boğulmağa, göyərməyə başlayıb. Valideynləri ilk növbədə "çöpçü"yə müraciət ediblər.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın uşaq cərrahiyyəsi və urologiyası uzmanı, cərrah Fuad Hüseynov sosial şəbəkədə məlumat verib.
 
O, bildirib ki, çöpçü uşağın narahatlığını aradan götürə bilmədiyi üçün Bakının klinikalarından birinə müraciət ediblər. Bu dəfə də problem həll edilmədiyinə görə, valideynlər Mərkəzi Klinikaya üz tutublar:
 
"Gecə saatları olsa da, təcili əməliyyat qərarı verildi. Bronxoskop - yəni işıqlı alətlə nəfəs borusuna girilərək yerkökü parçası çıxarıldı. Uşaq rahat nəfəs almağa başladı. 1 gün sonra tam sağlam evlərinə getdi".
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Yay aylarında bu qidalar zəhərlənmə riskini artırır