Karpal tunel sindromuna daha çox evdar qadınlarda rast gəlinir. Müalicə edilmədikdə…
31.01.2022 21:20
Ortopedlər biləkdəki sinirlərin sıxılması nəticəsində yaranan Karpal tunel sindromu haqqında xəbərdarlıq ediblər.
 
Aztibb.az xəbər verir ki, bu sindromun əllərini çox istifadə edən insanlarda, ağır işlərdə çalışanlarda və zəhmətkeş ev xanımlarında rast gəlindiyini bildirən ortoped mütəxəssisləri xəstəliyin erkən müdaxilə edilmədikdə qalıcı zərər verə biləcəyini vurğulayıblar.
 
Sindromun əlamətləri və müalicə üsulları haqqında məlumat verən mütəxəssislər, müalicədə xəstəliyin şiddətinə görə fərqli üsulların tətbiq edildiyini bildirirlər.
 
Karpal tunel sindromu biləkdə median sinir dediyimiz sinirin sıxılması nəticəsində yaranır.
 
Median sinir əlin bilək-daxili hissəsində yerləşir ki, bu da karpal tunel kimi tanınır. Bu sinir əlimizdə sıxıldığı zaman birinci, ikinci və üçüncü barmaqlarda şiddətli keyimə əmələ gəlir.
 
Bu xəstəlikdə əlin hərəkəti pozulmur. Bununla belə, xəstələr ilk üç barmağında və üzük barmağının kənarında keyimə və narahatlıq hiss edirlər.
 
Artıq çəkidən əziyyət çəkənlər, şəkər xəstələri, əllərini çox istifadə edənlər, ağır işlər görənlər və zəhmətkeş evdar qadınlarda daha çox rast gəlinir.
 
Sıxılmanın şiddətinə görə müalicənin tətbiq edilməsi lazım olduğunu bildirən ortoped mütəxəssislər bu xəstəliyin əlamətlərinin adətən yüngül şəkildə başladığını və müalicə edilmədikdə irəlilədiyini bildirirlər.
 
Karpal tunel sindromunun ən çox görülən əlaməti xüsusilə gecə saatlarında əllərdə keyimə və yüngül ağrıdır.
 
Karpal tunel sindromunda gündəlik həyat fəaliyyəti çətinləşir və ya yuxu rejiminə mane olacaq hallar baş vermədən həkimə müraciət edilməlidir.
 
Karpal tunel sindromu erkən müalicə olunmazsa, əllərdə qalıcı sinir və əzələ zədələnməsinə və ya yüngül əzələ zəifləməsinə səbəb ola bilər.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub