TƏBİB: “Buster” dozanın sürətləndirilməsi labüddür"
31.01.2022 10:45

Dünyanın cənginə alan yeni növ koronavirusdan (COVID-19) xilas olmağın əsas yolu vaksinasıyadır. Ölkəmizdə ötən ilin yanvarından başlanılan peyvəndləmə prosesi həm stasionar, həm də səyyar şəkildə davam etdirilir. Yoluxanların sayında “omikron” ştamının dominantlıq etdiyini nəzərə alsaq, onda hazırkı dövrdə peyvəndləmənin, xüsusilə də “buster” dozanın sürətləndirilməsi labüddür.

 

Üçüncü doza vaksin vurduranları birinci və ikinci dozanı eyni, üçüncü dozanın fərqli vaksin vurdurmağın sağlamlıq üçün hər hansı təhlükə yaradıb-yaratmaması daha çox maraqlandırır. Bəzi mənbələrin məlumatına görə, iki doza “Sinovak”, üçüncü doza kimi digər peyvəndlərdən istifadə edənlərdə ürək infarktı riski yüksəkdir. Mütəxəssislər bildirirlər ki, həmin fikirlərin elmi əsası yoxdur. Digər tərəfdən hansı peyvəndin seçilməsi vətəndaşların öz ixtiyarındadır.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib: “Xəstəliyi müalicə etməkdənsə onun yoluxmasının qarşısını almaq tibdə hər zaman prioritet məsələ olub. Hazırda bu sahədəki narahatlıqlarla əlaqədar onu demək istəyirəm ki, infeksiyanı yüngülləşdirən, onun ağır keçməsinin qarşısını alan peyvəndin olması çox yaxşı haldır. Əslində peyvəndlərin kəşfi, onların hazırlanması, səmərəsini sübut etməsi o qədər də asan məsələ deyil. Kaş ki, bütün infeksion xəstəliklərə və viruslara qarşı peyvənd tapılmış olaydı”.

 

Bir daha xatırlatmağa dəyər ki, ikinci doza vaksindən 6 ay keçəndən sonra COVID-19 sertifikatı əhəmiyyətini itirəcək. Ona görə də fevralın 15-dən üçüncü doza vaksin vurulması tələb kimi qoyulur.

 

 

 

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb