Yoluxma sayı artsa da... – Həkim radioloqdan ÇAĞIRIŞ
29.01.2022 15:45

“Yoluxma sayı artsa da, ağırlaşma sayı azalıb, panikaya əsas yoxdur. Qorxu, stres, panika immuniteti zəiflədir. Ağırlaşanlar isə əsasən peyvənd etməyənlərdir”.

 

Aztibb.az-ın xəbərinə görə, İstanbul Hospitalın direktoru, həkim-radioloq Aydın Əliyev  son zamanlar ölkəmizdə koronavirusa yoluxmaların sayının artması ilə bağlı fikirlərini bölüşərkən belə deyib.

 

O deyib ki, əgər peyvənd olunmayanlar varsa, gec olmadan bunu etsinlər. Yoluxanlar isə O2 saturasiyasının 95-dən çox olduğu təqdirdə panikaya düşməsinlər:

 

“Əgər 95-dən azdırsa, müayinədən keçin və müvafiq müalicəni alın. Yoluxmusunuzsa, dərhal KT müayinəsinə getməyin, öncə O2 saturasiyasını ölçün, 95-dən çoxdursa, KT-yə ehtiyac yoxdur. Boş-boşuna şüa qəbul etməyin. Əgər O2 saturasiyası 95-dən azdırsa, yenə də KT-yə ehtiyac yoxdur. Sadə rentgen müayinəsi ağciyərdəki “buzlu şüşə” mənzərəsini göstərəcək və buna uyğun müalicəni alacaqsınız”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib