"Ciddi xəstəliklərim olmasına baxmayaraq, indi özümü tam sağlam hiss edirəm" - Mərkəzi Gömrük Hospitalının 69 yaşlı pasiyenti
28.01.2022 17:18

Ötən ilin noyabr ayında Mərkəzi Gömrük Hospitalında koronavirus diaqnozu ilə müalicə olunan, Əməkdar müəllimə olan 69 yaşlı Sima Tarverdiyeva Aztibb.az-a müsahibəsində müalicəsinin uğurlu nəticələrindən bəhs edib.

 

Sima xanım bildirib ki, əvvəlcə xəstəxanaya getməyə razı olmasa da, Gömrük Hospitalında qarşılaşdığı mənzərə onun fikirlərini tamamilə dəyişdirib:

 

“Hospitalın hər bir əməkdaşı məni o qədər mehribanlıq və qayğı ilə qarşıladı ki, sanki burada işləyənlər mənim ailə üzvlərim, doğmalarım idi. Mən bu diqqəti hər saat, hər an hiss edirdim. Artıq xəstəxanada olduğumu unutmuşdum. Belə isti münasibət mənə ruh verdi, tez sağalmağımda böyük rol oynadı”.

 

Pasiyentin sözlərinə görə, müalicə müddətində baş həkim özü onun səhhəti ilə maraqlanaraq, problemlərinin həllinə şəxsən səy göstərib:

 

“Mənim ciddi yanaşı xəstəliklərim var idi, bu səbəbdən çox həyəcan keçirirdim. Lakin bütün problemlərə baxmayaraq xəstəliyimə peşəkar yanaşma və düzgün müalicə məni ağırlaşmağa qoymadı, tamamilə sağalıb evə yola salındım”.

 

S.Tarverdiyeva MGH-də ona göstərilmiş yüksək diqqət və qayğıya, yaradılan şəraitə görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədova, həkim-infeksionist Mədinə Abdullayevaya, eləcə də müalicəsində rolu olan digər həkim və tibb işçilərinə təşəkkürünü ifadə edib.

 

Sima xanım fikrini bu sözlərlə bitirib: “Arzu edirəm ki, hər yerdə belə işini bilən, peşəsinə vicdanla yanaşan kollektivlər olsun. Onları demək olar ki, hər gün xatırlayır, minnətdarlığımı bildirirəm”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib