"5 gün komada qaldıqdan sonra düzgün müalicə nəticəsində sağlamlığıma qovuşdum" - Pasiyent RƏYİ
26.01.2022 15:55

“Mərkəzi Gömrük Hospitalında koronavirus səbəbindən müalicə aldığım müddətdə mənə yüksək səviyyədə tibbi xidmət göstərilmişdir. Reanimasiya şöbəsində 5 gün ağır vəziyyətdə komada qaldıqdan sonra düzgün və peşəkar müdaxilələr nəticəsində tam şəkildə sağlamlığıma qovuşmuşam”.

 

Bu sözləri pasiyent Cahangir Kərimov Aztibb.az-a Mərkəzi Gömrük Hospitalında 11 gün ərzində aldığı müalicəylə bağlı təəsüratlarını bölüşərkən deyib.

 

Dünyanın bir çox ölkələrində olduğunu söyləyən pasiyent Azərbaycanda belə bir yüksək standartlara uyğun tibb mərkəzinin fəaliyyət göstərməsinin sevindirici olduğunu qeyd edib:

 

“Klinikanın personalı – tibb bacısından tutmuş baş həkimədək hər bir əməkdaşı gün ərzində bir neçə dəfə mənim vəziyyətimlə yaxından maraqlanaraq, lazımi analizləri götürür, müayinə və müalicələri yüksək səviyyədə aparırdılar. Burada müalicə olunduğum müddətdə səhhətimlə maraqlanan hər bir tibb işçisinin peşəkarlığına əmin oldum, onların həkim andına sadiq olduqlarını gördüm”.

 

O, həmçinin koronavirus əleyhinə peyvəndin 2 dozasını aldığını vurğulayıb.

 

Pasiyent müalicəsinin uğurla tamamlanması və sağlamlığına qovuşmasında rolu olan həkimlərin hər birinə - klinikanın baş həkim Elman Məmmədov, Reanimasiya şöbəsinin həkimləri – Tural Sadıqov, Mehdi Əliyev, Rəşad Nəsirli, Könül Həsənova, Təranə Göyüşova, Mədinə Abdullayeva, Xəyal Məmmədov, Şahin Mazanov, Sevda Quliyeva, Mirmənsim Məmmədov və digərlərinə dərin  minnətdarlığını ifadə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib