Həkim reportajı: Qaraciyərdə yağlanma və iltihab birgə daha təhlükəli xəstəliklərə yol açır
22.01.2022 17:07
Tibbdə hepatosteatoz adı ilə tanınan qaraciyər yağlanması bu orqanın yağlanmasının miqdarından asılı olaraq fərqli əlamətlərlə bilinir.
 
Yüksək miqdarda uzunmüddətli alkoqol qəbulu xəstələrdə qaraciyər yağlanmasına steatohepatitə və sirroza səbəb ola bilər. Bundan başqa, hərəkətsiz həyat tərzi, şəkərli diabet, xolesterol yüksəkliyi, hipotiroid, hipopituarizm hepatosteatozun yaranma ehtimalını artırır.
 
Yağlanma və iltihabın birlikdə rast gəlindiyi steatohepatit daha təhlükəli bir xəstəlikdir və onun qaraciyər çatışmazlığı və sirroza səbəb olma ehtimalı daha yüksəkdir.
 
Hepatosteatoz başlanğıcda heç bir əlamət göstərməz. Çox zaman halsızlıq, yorğunluq qarında narahatlıq hissi görünür.
 
Qaraciyər yağlanmasında qaraciyər testləri çox zaman normal olsa da bəzi xəstələrdə az da olsa yüksələ bilər. Alkoqolik qaraciyər yağlanmasında müalicə alkoqolun kəsilməsi ilə başlayır. Əgər alkoqol kəsilməzsə xəstəlik sirroza qədər irəliləyə bilər.
 
Müalicənin ilkin məqsədi risk faktorlarına diqqətli yanaşaraq, onlardan mümkün qədər uzaqlaşmaqdır.
 
Alkoqol qəbulunu minimuma salmaq və ya tamamilə dayandırmaq, xolesterinin qandakı səviyyəsini nəzarət altında saxlamaq, şəkər və doymuş yağların qəbulunu azaltmaq, çəkini azaltmaq kimi məsləhətlərə önəm verilməlidir.
 
Həkim-terapevt Şəhla Abbasova
 
Aztibb.az
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev