Böyük Britaniyada omikron ştamının yeni alt növü aşkarlanıb
22.01.2022 09:11

Böyük Britaniyanın tibb orqanları ölkədə ilkin təhlillərə görə, daha da sürətlə yayılan BA.2 - koronavirusunun omikron ştamının yeni alt növünü müəyyən ediblər.

 

Aztibb.az xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Krallıq Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) verib.

 

İndiyədək ölkədə yeni ştamla 426 yoluxma halı qeydə alınıb, onlardan 146-sı Londonda, daha 97-si isə Cənub-Şərqi İngiltərə bölgəsindədir. Qeyd olunur ki, BA.2 növünə ilk yoluxma 2021-ci il dekabrın 6-da Böyük Britaniyada qeydə alınıb.

 

Məlumata görə, ümumilikdə bu ştam 40 ölkədə müşahidə olunub və dünyada ona yoluxma hallarının ümumi sayı 8 mini ötüb, bununla belə virusun mənşəyini və ilk yoluxma yerini müəyyənləşdirmək hələlik mümkün deyil.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib