Avropada COVID-19 peyvəndinin dördüncü dozası immuniteti zəif insanlara tövsiyə edilib
19.01.2022 09:55

Avropa Dərman Agentliyi (EMA) immuniteti zəif olan insanlarda gücləndirici peyvənd üçün COVID-19 peyvəndinin dördüncü dozasının istifadəsinə icazə verib.

 

Aztibb.az xəbər verir ki, bunu EMA-nın Sağlamlığa Təhdidlər və Peyvənd Strategiyası Departamentinin rəhbəri Marko Kavaleri bildirib.

 

Bununla belə, 4 -cü doza bütün qrup insanlar üçün hələ tövsiyə edilmir.

 

"Hələlik koronavirus peyvəndinin dördüncü dozasına ehtiyacla bağlı heç bir klinik məlumat və təcrübə yoxdur. Lakin ciddi immun çatışmazlığı olan insanlar üçün, kifayət qədər məlumat olmasa da, dördüncü dozadan istifadə etməyi düşünmək rasional olardı", - Kavaleri deyib.

 

O, həmçinin əlavə edib ki, EMA qısa fasilələrlə gücləndirici dozaların təkrarlanmasına qarşıdır, çünki bu, bədəndəki anticismlərin miqdarını və peyvəndin effektivliyini azalda bilər.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb