"Qapalı məkanlarda hətta ikiqat tibbi maska taxılması tövsiyə edilir"
18.01.2022 14:38

Yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” ştamı bir sıra ölkələrdə dominantdır. Bu, həmin ştamın yüksək yoluxduruculuq xüsusiyyəti ilə əlaqəlidir. Hətta bəzi Qərb ölkələrində “omikron” ştamı “delta”nı da üstələyib. Yoluxduruculuğun sürətli olmasına baxmayaraq, “omikron”la yoluxan xəstələrdə xəstəliyin gedişatı nisbətən zəif olur. Qapanmalar isə xəstələr arasında xüsusən hospitalizasiya halları artdıqda, ölkənin səhiyyə sisteminin ehtiyatı azaldıqda tətbiq edilir. Ölkədə epidemioloji vəziyyətin stabil qalması üçün yoluxmaların sayını bacardığımız qədər minimum səviyyədə saxlamağa çalışmalıyıq. Bunun üçün qapalı məkanlarda hətta ikiqat tibbi maska taxılması tövsiyə edilir.

 

Aztibb.az-ın xəbərinə görə, bu barədə həkim-infeksionist Mədinə Abdullayeva deyib.

 

Həkim-mütəxəssis bildirib ki, “omikron” ştamından qorunmaq üçün gigiyenik qaydalara əməl etmək vacibdir:

 

“Hətta “omikron”un yüksək yoluxduruculuğunu nəzərə aldıqda bu qaydaların zəruriliyi daha da artır. Yoluxmadan qorunmaq, virusun yayılmasının qarşısını almaq üçün qapalı məkanlardan, mümkün qədər, uzaq qalmaq, kütləvi toplaşmalarda mütləq tibbi maska taxmaq lazımdır. Həmçinin sosial məsafənin qorunması da zəruri tədbirlərdəndir. Belə olan halda virusun geniş yayılmasının qarşısı alınar, xəstələnənlər infeksiyanı daha yüngül keçirər. Nəticədə səhiyyə sisteminin yükü azalmış olar. İstənilən halda, COVID-19 virusuna qarşı ən yaxşı profilaktika vaksinasiyadır. Ona görə də vətəndaşların peyvəndləmədə fəal iştirakı vacibdir. Vaksinasiyanın iki mərhələsində də iştirak edənlər isə “buster” doza ilə peyvəndlənməlidirlər. Bu, onların “omikron” ştamı ilə yoluxduğu təqdirdə xəstəliyi daha yüngül keçirməsinə səbəb olacaq”.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın endemik xarakter alması üçün peyvəndləmə prosesinin sürətləndirilməsini zəruri hesab edir. Pandemiyanın sonlanması üçün kollektiv immunitetin formalaşdırılması vacibdir. Ona görə də, 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70 faizi peyvənd olunmalıdır. Nəzərə almaq lazımdır ki, infeksiyanın yayılmasını şərtləndirən ən vacib məqam bir çox ölkələrdə vaksinasiya prosesinin zəifliyi, xüsusən də “buster” doza vurduranların sayının azlığıdır.

 

Yaxın həftələrdə dünyada “omikron” ştamı ilə əlaqədar olaraq növbəti dalğanın başlayacağı ehtimal edilir. ÜST-nin proqnozlarına əsasən, mart ayında Avropa əhalisinin yarısından çoxu “omikron” ştamına yoluxacaq. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib