Ötən ilin bu günü Azərbaycanda vaksinasiyaya başlanıldı
18.01.2022 09:57

Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyanın başlanmasından 1 il ötür.

 

Aztibb.az-ın xəbərinə görə, 2019-cu ilin noyabrında ilk dəfə Çində aşkarlanan "Sars COV-2” virusu sürətlə bütün dünya ölkələrinə yayılıb. Azərbaycanda isə COVID-19-a ilk yoluxma halı 2020-ci ilin fevralın 26-da qeydə alınıb.

 

Azərbaycan dünyada vaksinasiya prosesinə ilk qoşulan ölkələrdəndir. Hələ peyvəndlərin hazırlandığı dövrdə artıq Azərbaycan peyvənd hazırlanan ölkələrlə danışıqlara başlamışdı. Sınaq mərhələlərindən sonra 2020-ci ilin dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Çinin “Sinovac Biotech"” şirkətinin “Coronavac” peyvəndi təcili istifadə üçün təsdiqləndi. Azərbaycan hökuməti ilə Çin Xalq Respublikası arasındakı müqaviləyə əsasən, ölkəyə 4 milyon doza “Coronavac” vaksininin gətirilməsi nəzərdə tutuldu. Beləliklə, Azərbaycanda 2021-ci ilin yanvarın 18-də “Coronavac”ın tətbiqinə başlanıldı. Ötən ilin may ayından “Vaxzevria” (“Astrazeneca”), “Sputnik V”, iyun ayından isə “Pfizer” vaksinlərinin tətbiqinə icazə verildi.

 

Qeyd edək ki, Azərbaycanın qlobal miqyasda COVID-19 pandemiyası ilə mübarizəyə verdiyi töhfələr ÜST tərəfindən yüksək qiymətləndirilib. Bu dövr ərzində Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib. Azərbaycan tərəfindən 100 000 doza “CoronaVac” vaksini Türk Dövlətləri Təşkilatı çərçivəsində Afrika dövlətlərinə ianə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib