Yeni ştamın xüsusi simptomları hələ də öz təsdiqini tapmayıb
14.01.2022 09:39

“Üst tənəffüs yolları viruslarını ikl baxışda bir-birindən ayırd eləmək o qədər də asan deyil. Çünki simptomlar qeyri-spesifikdir. İstənilən virus xəstəliyində eyni simptomlara rast gələ bilərik”.

 

Bunu 1 saylı Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov İTV-də “Diqqət mərkəzi” verilişində deyib.

 

F.Sədirov bildirib ki, bunlar öskürək, baş, əzələ ağrıları, temperatur, burun axıntısı, gözdəki iltihabi əlamətlərdir:

 

“Bunlar spesifik deyil, bütün virus infeksiyalarında görülə bilər. “Omicron” üçün xüsusilə vurğulanmış simptomlar hələ də öz təsdiqini tapmayıb.

 

Bununla belə, ilkin mülahizələrə görə, daha çox baş, əzələ ağrısı, qızdırma, üst tənəffüs yollarında konyuktivit və asqırma-öskürmənin daha az olması ilə xarakterizə olunur. Amma bunların heç birinin dəqiq spesifikliyi yoxdur. Bu, fərddən fərdə dəyişə bilər. Bəzilərində sadəcə boğaz ağrısı və qızdırma, bəzilərində baş və əzələ ağrısı ilə görülə bilər.

 

Ona görə diaqnozun dəqiqləşdirilməsi üçün molekulyar testlərə müraciət etmək lazımdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib