Hindistan COVID-19 xəstələrinin sayına görə dünyada ikinci yerdədir
07.09.2020 12:01

Hindistan koronavirusa yoluxanların sayına görə Braziliyanı qabaqlayaraq dünyada ikinci yerə yüksəlib.

 

Aztibb.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, son sutka ərzində koronavirus infeksiyasının yeni episentrinə çevrilən Hindistanda 91 min 723 nəfər bu xəstəliyə yoluxub. Bu, həm də ölkədə koronavirusa rekord sutkalıq yoluxma halıdır. Həmçinin sentyabrın 6-da ölkədə 1008 nəfər xəstəlik səbəbindən dünyasını dəyişib.

 

İndiyə qədər ölkədə 4 milyon 204 min 613 yoluxma halı qeydə alınıb, xəstəlik səbəbindən ölənlərin sayı isə 71 min 687 nəfərə çatıb. Hindistan COVID-19 infeksiyası səbəbindən ölənlərin sayına görə dünyada 3-cü yerdədir.

 

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 27 milyon 293 min 825 yoluxma və bu xəstəlik səbəbindən 887 min 557 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 19 milyon 378 min 823 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 27 min 445 xəstədən 59 min 998 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 460 min 250 nəfərə çatıb. Bu göstəriciyə görə Hindistandan sonra üçüncü yeri Braziliya tutur - 4 milyon 137 min nəfər. Rusiyada yoluxanların sayı 1 milyon 25 min 505 nəfərdir. Peruda 689 min 977 nəfər, Kolumbiyada isə 666 min 521 nəfər COVID-19 xəstəliyinə yoluxub.

 

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də lideridir – 193 min 250 nəfər. İlk beşliyə daxil olan Braziliyada ölənlərin sayı 126 min 686 nəfərə çatıb. Ölənlərin sayına görə Hindistandan sonra 4-cü yerdə qərarlaşan Meksikada 67 min 558, Böyük Britaniyada isə 41 min 551 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib