"Omicron" ştamının siçanlarda mutasiya etməsi ehtimal olunur - Alimlər  
08.01.2022 09:57

Çin Elmlər Akademiyasının alimləri "Omicron" ştamının siçanlardan əmələ gəldiyini iddia ediblər.


Aztibb.az xəbər verir ki, bu barədə “Journal of Genetics and Genomics” nəşri məlumat yayıb.

 

Mütəxəssislərin fikrincə, gəmiricilər koronavirusa ilkin olaraq insanlardan yoluxublar. Daha sonra virus heyvanlarda mutasiya etməyə başlayıb və bu, COVID-19-un yeni variantının ortaya çıxmasına səbəb olub.


Qeyd edək ki, daha əvvəl Rusiya Elmlər Akademiyasının akademiki, mikrobioloq Vitali Zverev "Omicron" ştamının koronavirusa qarşı immun çatışmazlığı olan insan orqanizminə daxil olmasından sonra yarana biləcəyini ehtimal etmişdi. O, koronavirus infeksiyasının siçandan insana keçməsi nəticəsində “Omicron”un əmələ gəlməsi haqda fikirləri qəbul etmədiyini vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib