Flurona qrip və koronavirus infeksiyalarına eyni vaxtda yoluxma xəstəliyidir
07.01.2022 10:58

Pandemiyanın ilk dövrlərində tibb işçiləri yeni növ koronavirus (COVID-19) və qripə eyni vaxtda yoluxmaq ehtimalı barədə xəbərdarlıq edirdilər. İsraildə hamilə qadında flurona virusu aşkar edilib. Bu virus isə özündə həm korona, həm də qrip infeksiyalarının əlamətlərini daşıyır. Fluronaya yoluxma Braziliyanın üç ştatında və Xorvatiyada da qeydə alınıb.

 

Həkimlər hər iki xəstəliyin simptomlarının üst-üstə düşdüyünü, xəstələrdə yüksək hərarət, əzələ ağrısı olduğunu bildirir və virusun təhlükəli nəticələr törədə biləcəyi üçün diqqətli olmağı tövsiyə edirlər.

 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib: “Ümumiyyətlə, qış aylarında kəskin respirator virus infeksiyaları, o cümlədən qrip və koronavirus infeksiyasına yoluxanlar arasında artım müşahidə edilir. Belə olan halda sıxlıq, tünlük olan yerdə bir nəfər eyni vaxtda və yaxud ardıcıl olaraq həmin infeksiyalara yoluxa bilər. Hər iki infeksiya yuxarı tənəffüs yollarını və ağciyərləri zədələyə bilirsə, onda xəstəlik daha ağır keçə bilər. Xüsusən də zəif immun sisteminə malik və xroniki xəstəliyi olanlarda müxtəlif fəsadlar törədə bilər.

 

Flurona barədə danışan mütəxəssis-ekspert bildirib ki, hər iki virusdan qorunma yolları eynidir: “Həmin infeksiyaların ötürülmə yolları eyni olduğuna görə, qorunma yolları da eynidir. COVID-19-da tövsiyə olunan qorunma üsulları eynilə həmin xəstəlikdə də işə yarayır. Müxtəlif risk qrupuna daxil olanlar, xroniki xəstəliyi olanlar və yaşlı sakinlər hər il qrip xəstəliyinə qarşı peyvənd olunmalıdırlar. Bu, tamamilə başqa peyvənddir. Yaxşı olar ki, risk qrupunda olanlar ağır nəticələrlə üzləşməmək üçün həm COVID-19-a, həm də qripə qarşı peyvənd edilsinlər”.

 

Xüsusilə qış aylarında kəskin respirator virusların artması qrip və koronavirusa eyni vaxta yoluxmanı daha aktual edir. Ona görə də özümüzü mütləq qorumalı və karantin qaydalarına əməl etmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib