Təcili yardıma COVID-19-la bağlı müraciət edənlərin sayı azalıb
05.01.2022 15:57

Son vaxtlar ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayında azalma müşahidə edilir. Bu, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərin sayına təsir göstərir. Ona görə də son vaxtlar təcili tibbi yardıma müraciət edən koronavirus xəstələrinin sayı azalıb.

 

Bu barədə Səhiyyə Nazirliyinin Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva nazirliyin instaqram hesabında danışarkən deyib.

 

Həkim-mütəxəssis bildirib ki, təcili tibbi yardım stansiyaları vasitəsilə koronavirus üçün yaxma testi vətəndaşın bədən temperaturu yalnız 38 və ya daha yuxarı olduqda götürülür:

 

“Əks halda, vətəndaşlar COVID-19 testi vermək üçün müvafiq poliklinikalara müraciət etməlidirlər. Onu da qeyd edim ki, son həftələrdə təcili tibbi yardıma müraciət edən xəstələr arasında hospitalizasiya olunanların sayı da azalıb. Əvvəllər xəstələr infeksiyaya yoluxduqları halda daha çox evdə müalicə alır və xəstəxanaya yalnız vəziyyətləri kəskinləşdikdə müraciət edirdilər. Belə olan halda, onlar boğulma hiss etdikləri üçün təcili olaraq xəstəxanaya yerləşdirilirdilər. İndi isə daha çox öskürək, bədən temperaturunun yüksəlməsi, əzələ ağrısı ilə bağlı müraciətlər daha çox olur”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib