Dünyada 27 milyondan çox insan koronavirusa yoluxub - Statistika 
06.09.2020 11:29

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 27 milyon nəfəri ötüb.

 

Aztibb.az pandemiyanın statistikasını aparan “Worldometer” saytına istinadla xəbər verir ki, sentyabrın 5-də dünyada 269 min 378 nəfər koronavirus infeksiyasına yoluxub, 4822 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

 

İndiyədək dünyada koronavirus infeksiyasına 27 milyon 62 min 744 yoluxma və 883 min 740 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 19 milyon 162 min 697 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 16 min 307 xəstədən 60 min 720 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 431 min 152 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Braziliya tutur - 4 milyon 123 min nəfər. Ötən sutka ərzində ən çox yoluxma halının qeydə alındığı (90 min 600 nəfər – bu həm də ölkədə koronavirus infeksiyasına rekord sutkalıq yoluxma halıdır) Hindistanda isə xəstələnənlərin sayı 4 milyon 110 min 839 nəfərdir. Rusiyada 1 milyon 20 min 310 nəfər, Peruda 683 min 702 nəfər, Kolumbiyada isə 658 min 456 nəfər COVID-19 xəstəliyinə yoluxub.

 

ABŞ COVID-19-dan ölənlərin sayına görə də dünya lideridir – 192 min 818 nəfər. İlk beşliyə daxil olan Braziliyada 126 min 230, Hindistanda 70 min 679, Meksikada 67 min 326, Böyük Britaniyada isə 41 min 549 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib