Braziliya COVID-19-a qarşı Rusiya vaksinini sınaqdan keçirəcək
05.09.2020 18:16

Oktyabrın sonunda Braziliyanın Parana ştatında 10 minə yaxın könüllü yeni vaksinin sınaqlarında iştirak edəcək.

 

Aztibb.az xəbər verir ki, rusiyalı alimlər tərəfindən COVID-19-a qarşı yaradılmış “Sputnik V” vaksini oktyabrın axırlarında Braziliyada sınaqdan keçiriləcək. Bundan əvvəl səhiyyə orqanları həmin vaksinin ölkədə istifadəsinə razılıq verməlidir.

 

“Sputnik V” vaksini bəyəniləcəyi təqdirdə COVID-19-a qarşı vaksin hesab edilməyə beşinci namizəd olacaq. Bu vaksin minlərlə insanın iştirakı ilə klinik tədqiqatların üçüncü mərhələsində Braziliyada sınaqdan keçiriləcək.

 

Avqustun ortalarında “Johnson & Johnson” şirkəti öz vaksininin Braziliyada sınaqdan keçirilməsinə icazə alıb. Ölkədə İngiltərə-İsveç müştərək əczaçılıq şirkəti “AstraZeneca” və Oksford Universiteti, Almaniyanın “BioNTech” konsorsiumu və Çinin “Sinovac Biotech” şirkəti tərəfindən hazırlanmış vaksinlər də sınaqdan keçirilir.

 

Braziliya pandemiyadan ən çox zərər çəkmiş ölkələr arasında ABŞ-dan sonra ikinci yeri tutur. Dörd milyon nəfərin koronavirusa yoluxduğu və 125.584 adamın həlak olduğu bu ölkə COVID-19-dan müxtəlif potensial vaksinlərin sınaqdan keçirilməsi üçün ideal məkandır.

 

Britaniyada çıxan “The Lancet” tibb jurnalında “Sputnik V” vaksininin klinik sınaqlarının uğurlu nəticələri ətraflı təsvir edilən məqalə dərc olunandan az sonra Braziliyanın həmin vaksini sınaqdan keçirməyə hazır olduğu elan edilib.

 

“The Lancet” nəşrinin yazdığına görə Rusiya vaksini klinik sınaqların birinci mərhələsində tətbiq edildiyi insanlarda anticisimlər yaradır və heç bir fəsad doğurmur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib