COVID-19 haqqında ən etibarlı məlumat mənbəyi tibb işçiləridir - SORĞU  
28.12.2021 14:02

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihələri çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi əhali arasında keçirilmiş COVID-19-la bağlı davranışların qiymətləndirilməsi üzrə 7-ci sorğunun nəticələrini yerli səhiyyə tərəfdaşları, beynəlxalq inkişaf agentlikləri, QHT-lər və pasiyent assosiasiyalarına təqdim edib.

 

ÜST-ün Azərbaycan nümayəndəliyindən bildirilib ki, noyabrda İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə əməkdaşlıq çərçivəsində ÜST ekspertlərinin texniki dəstəyi ilə keçirilmiş sorğuda Azərbaycanın bütün bölgələrini təmsil edən 1031 respondent iştirak edib.

 

Tədqiqatın məqsədi COVID-19 infeksiyası və vaksinasiya üzrə riskin qavranılması, həmçinin bundan irəli gələn müvafiq davranışlar və digər amillərin monitorinqinin aparılması və onlar arasındakı əlaqələrin müəyyənləşdirilməsindən ibarətdir. Eyni zamanda, sorğu pandemiyanın əsas səhiyyə xidmətlərinə təsirlərinin qiymətləndirilməsini nəzərdə tutub. Sorğunun nəticələri ÜST-ün mütəxəssisləri Marta Şerzer və Ardita Tahirukaj tərəfindən təqdim edilib. Burada əsas məqsədlərdən biri də qərarvericilərə COVID-19-a qarşı cavab strategiyalarının uyğunlaşdırılmasında, nəzər yetirilməli olan məqamların müəyyənləşdirilməsində və kollektiv davranış dəyişikliyinin təşviqi üçün düzgün mesajların seçilməsində dəstək olmaqdır.

 

Sorğunun nəticələrinə əsasən, tibb işçiləri COVID-19 virusu və vaksinlər haqqında ən etibarlı məlumat mənbəyi olaraq qalmaqdadır. Bununla yanaşı, virusun media tərəfindən şişirdildiyini düşünənlərin sayı isə avqust ayının göstəricisi ilə müqayisədə 5 faiz azalaraq təqribən 7 faiz təşkil edib. Mövcud məhdudiyyətlərin çox şişirdildiyi ilə razılaşan respondentlərin nisbəti avqust ayı ilə müqayisədə demək olar ki, dəyişməyərək 23 faiz təşkil edib, məhdudiyyətlərin şişirdilməsi ilə razı olmayanların payı isə 52 faiz olub.

 

Qeyd edək ki, rəyi soruşulanların 89 faizi peyvənd olunduğunu təsdiq edib. Peyvənd olunmayanların yalnız 5 faizdən az bir hissəsi qətiyyən peyvənd olunmayacağını bildirdiyi halda, qərarsız respondentlərin sayı isə avqust ayı ilə müqayisədə 25 faizdən 35 faizə yüksəlib.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb