Hindistanda COVID-19-a yoluxanların sayı 4 milyonu ötüb
05.09.2020 11:05

Ötən gün ərzində Hindistanda COVID-19 infeksiyasına 87 min 115 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 4 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 4 milyonu ötən üçüncü ölkədir.

 

Aztibb.az “Worldometer” saytına istinadla xəbər verir ki, son günlər koronavirus infeksiyasının yeni episentrinə çevrilən Hindistanda ötən günə olan yoluxma sayı həm də ölkədə COVID-19-a rekord sayda sutkalıq yoluxma halıdır. Ardıcıl 3 sutkadır ki, Hindistanda gündəlik yoluxma sayı 80 mindən çox olub. Son bir neçə gündə Hindistan gündəlik yoluxma hallarının sayına görə dünyada birincidir.

 

Sentyabrın 4-də COVID-19 infeksiyası səbəbindən 1066 ölüm qeydə alınıb. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 69 min 635-ə çatıb.

 

Qeyd edək ki, Hindistanda virusa yoluxanların ümumi sayı iyulun 16-da 1 milyonu, avqustun 6-da 2 milyonu, avqustun 22-də isə 3 milyonu ötüb. Ölkə COVID-19 virusuna yoluxma və ölüm sayına görə ABŞ və Braziliyadan sonra üçüncü sıradadır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib