Türkiyədə koronavirusa gündəlik yoluxma sayında artım davam edir
05.09.2020 10:58

Türkiyə koronavirus (COVID-19) pandemiyasına qarşı sistemli tədbirlərin görülməsinə baxmayaraq, gündəlik yoluxma sayında yenidən sürətli artım davam edir. Təxminən bir ay əvvəl ölkə üzrə sutkalıq yoluxma sayı 800-900 nəfər arasında dəyişirdisə, hazırda bu rəqəm iki dəfəyə yaxın artıb. Ona görə də, Daxili İşlər Nazirliyinin təlimatı ilə vilayətlər üzrə tətbiq olunan məhdudiyyətlərə müəyyən sərtləşdirici tədbirlər əlavə edilib.

 

Aztibb.az xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca infeksiya riskinin yüksək olduğu Diyarbəkir və ətraf vilayətlərə səfər edib.

 

Nazirliyin məlumatına görə, sentyabrın 4-də Türkiyə üzrə 117 min 113 nəfər koronavirus testindən keçirilib. Onlardan 1612 nəfərdə virus aşkarlanıb. Sutka ərzində 1021 nəfər bu infeksiyadan sağalıb, 53 xəstə dünyasını dəyişib. Yoluxmada olduğu kimi, gündəlik ölüm halında da yüksəliş davam edir.

 

Ən son məlumata görə, Adıyamanda 50 ev infeksiya riskinə görə karantinə alınıb. Bursada isə toy mərasimində iştirak edən 24 nəfərə ümumilikdə 74 min türk lirəsi (təxminən 10 min ABŞ dolları) cərimə kəsilib. Ekspertlər hesab edirlər ki, infeksiyaya yoluxma tempindəki artım dinamikasını şənliklər yaradıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib