Sağalandan sonra bir il davam edən "omikron"un simptomu açıqlanıb
25.12.2021 10:21

Rusiyanın Ural Federal Dairəsinin baş profilaktoloqu, pediatr, tibb elmləri doktoru Sergey Tokarev bildirib ki, COVID-19-un "omikron" ştamına yoluxan xəstələrdə koronavirusun simptomlarından biri olan əzələ ağrıları (mialgiya) sağalandan sonra 1 ilə qədər davam edə bilər.


Aztibb.az-ın məlumatına görə, bu barədə Ura.ru portalı xəbər verib.


S.Tokarev bildirib ki, mialgiya əzələ ağrısıdır, "omikron"la əlaqəli infeksiyanın simptomlarından biridir:


"Bununla belə, mialgiya artıq koronavirus infeksiyasini keçirmiş bir xəstəni də narahat edə bilər. Postkovid sindromuna mialgiya, əzələ zəifliyi, yorğunluq, asteniya, yuxusuzluq, yaddaş və diqqət pozğunluğu, dad, qoxu hisslərinin pozulması daxil ola bilər, həm də bu şikayətlər uzun müddət (bir neçə həftədən bir ilə qədər) davam edir".

 

Moskva Şəhər Elmi Terapevtlər Cəmiyyəti İdarə Heyətinin sədri Pavel Vorobyev eyni fikri söyləyib:


"Mialgiya bir simptomdur. Bu, əzələ ağrılarıdır. Bu ağrılar koronavirusun bütün variantlarında olub. Bu, adətən xəstəlikdən sağalandan sonra keçir. Lakin mialgiya postkovid sindromu zamanı da ola bilər".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib