Silvio Berluskoniyə ikitərəfli pnevmoniyanın ilkin mərhələsi diaqnozu qoyulub
04.09.2020 19:33

Koronavirusa yoluxmuş İtaliyanın sabiq Baş Naziri Silvio Berluskoniyə ağciyərlərin ikitərəfli pnevmoniyasının ilkin mərhələsi diaqnozu qoyulub.

 

Aztibb.az xarici KİV-lərə istinadla xəbər verir ki, sentyabrın 4-də “İrəli İtaliya” partiyasının lideri Silvio Berluskoni Milan şəhərində yerləşən “San Raffaele” xəstəxanasına yerləşdirilib. Siyasətçinin mətbuat xidməti 83 yaşlı S.Berluskoninin səhhətinin narahatlıq doğurmadığını bildirib.

 

Silvio Berluskoni karantin dövründə yeni rəfiqəsi, “İrəli İtaliya” partiyasından deputat seçilən 30 yaşlı Marta Faşina ilə böyük qızının Fransanın Nitsa şəhəri ətrafındakı villasında keçirib. Yay aylarında vətənə qayıdan cütlük avqust ayında Sardiniya adasına istirahətə yollanıb.

 

Avqustun 12-də Sardiniyanın Zümrüd sahilindəki villada Silvio Berluskoninin qonağı olan italiyalı biznesmen, Formula 1 komandasının sabiq meneceri Flavio Briatorenin COVID-19 xəstəliyinə yoluxduğu məlum olduqdan sonra adadan qayıdan sabiq Baş Nazirin təcili olaraq verdiyi koronavirus testi mənfi nəticələnmişdi.

 

Silvio Berluskoninin ikinci evlilikdən olan iki övladının da koronavirusa yoluxduğu bildirilir. İtaliya siyasətinin patriarxı xəstəliyini Arkore şəhərindəki iqamətgahında keçirmək niyyətindədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib