Peruda COVID-19-dan ölüm halları rekord saydadır
04.09.2020 19:25

Latın Amerikasında koronavirusdan ölüm hallarının ən yüksək səviyyədə olduğu ölkə Perudur.

 

Aztibb.az Peru Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu ölkədə səhiyyə sisteminin yararsız vəziyyətdə olması, əhaliyə ilkin tibbi-sanitar yardım göstərilməməsi, intensiv terapiya şöbələrinin azlığı və əhalinin hədsiz sıxlığı pandemiyaya qarşı mübarizəyə mane olur.

 

Ölkə əhalisinin üçdə bir hissəsi Limada yaşayır. Paytaxtın San-Xuan-de-Luriqanço rayonu isə əhalinin ən sıx olduğu, mənzil qıtlığı daha çox müşahidə olunan rayondur. Bu ilin mart-avqust aylarında Peruda ən yüksək ölüm götəricisi paytaxtın bu rayonunda qeydə alınıb.

 

İyul ayının axırlarında Lima və Kalyao şəhərlərində yeni koronavirusun yayılma dərəcəsinin tədqiqi nəticəsində məlum olub ki, sakinlərin 18 faizi bu virusa yoluxub. Yoluxanların əksəriyyəti yoxsulluq və əhali sıxlığı şəraitində yaşayanlardır.

 

Milli Statistika və İnformatika İnstitutunun məlumatına görə, San-Xuan-de-Luriqanço sakinlərinin 15-20 faizi pandemiyadan əvvəl yoxsulluqdan əziyyət çəkirdi.

 

Avqustun 3-dək COVID-19-dan ölüm hallarının sayı 29 min 259 nəfərə çatıb. Bunun əsas səbəbi səhiyyə xidmətlərinin əlçatan olmamasıdır. Peruda koronavirus qurbanlarının sayının artmasına ciddi təsir göstərən ikinci səbəb isə tibb işçilərinin azlığıdır.

 

Ötən həftənin cümə günü Peru hökuməti ölkədə fövqəladə vəziyyət, kommendant saatı və bazar günü evdən çıxmağa qadağa qoyulması müddətini daha 1 ay artırıb, dörd regionda və daha 14 regionun 45 əyalətində tam karantin elan edib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib