"Omikron" ştamı dünyanın 106 ölkəsində aşkar edilib
22.12.2021 07:45

Dünyanın 106 ölkəsində koronavirusun "omikron" ştamı ilə yoluxma halları qeydə alınıb.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik hesabatında bildirilib.

 

Həmçinin, ÜST son məlumatlara istinad edərək bildirib ki, "omikron"un hətta kollektiv immuniteti yüksək olan ölkələrdə belə "delta" ştamından daha sürətli yayılır.

 

Təşkilat qeyd edib ki, xəstəliyin bu variantının ağır olması ilə bağlı məlumatlar hələ də "məhduddur", lakin hesabatda Cənubi Afrikada və Böyük Britaniyada "omikron" xəstələrinin xəstəxanaya yerləşdirilmələrinin sayının "artmaqda davam etdiyi" bildirilib.

 

ÜST "omikron" ilə əlaqəli riskin "çox yüksək" olaraq qaldığı qənaətinə gəlib və həmçinin səhiyyə sistemlərinin çökməsi riski barədə xəbərdarlıq edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib