Üçüncü dozadan sonra “Omicron”a qarşı qoruyuculuq 25 dəfə artır
21.12.2021 16:53

Yeni növ koronavirusun (COVID-19) “Omicron” ştamı hazırda 89 ölkədə aşkar edilib, Ümumdünya Səhiyyə Təşkilatı virusun yeni variantına bir neçə gün ərzində yoluxanların sayının iki dəfə artdığı barədə məlumat verib. İranın paytaxtı Tehranda “Omicron” ştamına ilk yoluxma qeydə alınması ölkəmiz üçün də real təhlükə yaradır.

 

Aztibb.az “AzərTAc”a istinadən xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirovun dediyinə görə, koronavirusun yeni dalğasının qarşısını almaq mümkün olmasa da, sakinlər peyvənd olunaraq qoruna bilərlər:

 

““Omicron”la əlaqədar belə bir problem var. Daha əvvəl peyvənd edilənlər və daha əvvəl xəstəliyi keçirənlərdə də bu və ya digər şəkildə xəstəliyə yoluxmaq təhlükəsi var. Bunun da öhdəsindən “buster” doza ilə gəlməyin mümkünlüyünü söyləyənlər var. Hətta iki peyvənd vurulması “Omicron” ştamından qorunmaq üçün kifayət etmədiyi halda üçüncü dozadan sonra həmin ştama qarşı qoruyuculuq 25 dəfə artır. Ümid etmək olar ki, bu baxımdan üçüncü doza peyvənd vurdurmaq sayəsində “omikron”un ciddi fəsadları ilə üz-üzə gəlməyəcəyik”.

 

Həkim-infeksionistin dediyinə görə, “Omicron” ştamı yaşlılarla bərabər uşaqları da yoluxdura bilər:

 

“Xüsusilə sıxlıq, tünlük olan yerlərdə, havasız məkanlarda onun yayılma ehtimalı digərlərinə nisbətən dəfələrlə çoxdur. Ona görə Yeni il ərəfəsində bir yerə toplaşmaq, ölkə daxilinə və xaricinə gediş-gəlişin çoxalmasına görə sosial məsafənin qorunması, maska taxılması, əl gigiyenasına riayət olunması kimi tədbirlər peyvənd qədər olmasa da, 100-ə 70 hallarda xəstəliyə yoluxmadan qoruyur”.

 

Sağlamlıq hər şeydən daha üstündür. Xüsusilə bayramı doğmaları ilə keçirmək istəyənlər pandemiya dövrünün tələblərini mütləq nəzərə almalıdırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib