COVID-19-a qarşı yeni peyvəndin istifadəsi təsdiqlənib
20.12.2021 19:27

Avropa Dərman Agentliyi (EMA) "Novavax"ın COVID-19-a qarşı peyvəndi "Nuvaxovid"in (NVX-CoV2373) istifadəsini təsdiqləyib.

 

Aztibb.az-ın xəbərinə görə, bu barədə Agentliyin rəsmi saytında məlumat verilib.

 

Bildirilib ki, ətraflı qiymətləndirmədən sonra, Avropa Dərman Agentliyinin İnsan Sağlamlığı üçün Dərman Komitəsi (CHMP) vaksin haqqında məlumatların etibarlı olduğu və Aİ-nin effektivlik, təhlükəsizlik və keyfiyyət meyarlarına cavab verdiyi qənaətinə gəlib: ““Nuvaxovid” COVID-19-un qarşısının alınması üçün Aİ-də tövsiyə olunan beşinci peyvənddir. Bu, zülal əsaslı peyvənddir və artıq istifadəsinə icazə verilmiş digər peyvəndlərlə birlikdə pandemiya ilə mübarizənin vacib mərhələsində Aİ ölkələrində peyvəndləmə kampaniyalarını dəstəkləyəcək”.

 

İki əsas klinik sınaqdan alınan nəticələr göstərib ki, "Nuvaxovid" 18 yaşdan yuxarı şəxslərdə COVID-19-un qarşısının alınmasında təsirlidir. Klinik sınaqlarda ümumilikdə 45 mindən çox insan iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib