“Omikron” ştamı artıq 89 dövlətdə  
19.12.2021 16:54

Koronavirusun “omikron” ştamı hazırda 89 dövlətdə aşkar edilib.

 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülletenində deyilir.

 

Təşkilat, “omikron” ştamının “delta” ştamı üzərində "əhəmiyyətli artım üstünlüyünə" malik olduğuna və “delta” variantından əhəmiyyətli dərəcədə daha sürətli yayılmasına" dair "ardıcıl sübutların" olduğunu bildirib. Bu məlumatlara əsasən, 1,5-3 gün ərzində yoluxanların sayı iki dəfə artır.

 

Bununla belə, "omikron" "əhali arasında immuniteti yüksək olan" ölkələrdə yayılır. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, böyük ehtimalla koronavirusun icmadaxili ötürülməsinin müşahidə olduğu yerlərdə “omikron” “delta” ştamını üstələyəcək.

 

Bülletendə qeyd edilir ki, “omikron”a yoluxma zamanı xəstəliyin keçməsinin ağırlığına gəldikdə, bununla bağlı məlumatlar hələ də “məhduddur”. Bu məsələni, eləcə də vaksinlərin və immunitetin xəstəliyin ağırlığına necə təsir etdiyi ilə bağlı məsələni aydınlaşdırmaq üçün daha çox məlumat lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib