COVID-19 peyvəndindən sonra immunitet qazanılması necə yoxlanılır?
18.12.2021 16:06
İnsan orqanizmində bəzi viruslara qarşı, eləcə də COVID-19 virusuna qarşı daha çox 2 tip anticisim əmələ gəlir. Bunlar İmmunoqlobulin G və İmmunoqlobulin M anticisimləridir. İmmunoqlobulin M anticismi qoruyucu deyildir. Xəstəliyin daha çox 7-10-cu günündən sonra qanda yaranmağa başlayır.
 
Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, immunoqlobulin G anticismi isə xəstəliyin daha çox 14-cü günündən sonra qanda yaranmağa başlayır və biz bunu qoruyucu anticisim adlandırırıq. Yəni İmmunoqlobulin M anticismi daha çox aktiv fazada aşkarlanır, İmmunoqlobulin G isə xəstəliyin artıq keçirildiyini göstərir.
 
Beləliklə, COVID-19 virusuna yoluxub sağalan şəxslərdə, həmçinin peyvənd olunduqdan sonra qanda SARS-Cov-2 İmmunoqlobulin G anticismlərin təyini aparıla bilir, pozitiv olur. Yəni COVID-19 virusuna qarşı peyvənd olunduqdan sonra qanda SARS-Cov-2 İmmunoqlobulin G anticisimlərin təyini aparılmalıdır.
 
Bu testi vermədən öncə ön hazırlıq tələb olunmur. Günün istənilən vaxtı verilə bilər, aclıq tələb olunmur.
 
Peyvəndin ikinci dozası vurulduqdan sonra, 14 gün keçdikdən sonra, SARS-Cov-2 İmmunoqlobulin G anticisimlərin təyini aparıla bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib