BMT-nin baş katibi dünya əhalisinin peyvənd olunması ilə bağlı təcili tədbirlər görməyə çağırıb
17.12.2021 10:16

Bu ilin sonunadək dünya əhalisinin 40%-nin koronavirusa qarşı peyvənd edilməsi məqsədinə nail olmaq üçün ölkələr yaxın günlərdə konkret tədbirlər görməlidir.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə ilin yekunlarına görə mətbuat konfransında BMT-nin baş katibi Antonio Quttereş bildirib.

 

Baş katib qeyd edib: "Ölkələr yaxın günlərdə Ümumdünya Səhiyyə Təşkilatının ilin sonuna qədər dünya əhalisinin 40%-nin peyvənd edilməsi hədəfinə doğru daha çox irəliləyiş əldə etmək üçün konkret tədbirlər görməlidirlər. Və 2022-ci ilin ortalarına qədər bütün ölkələrdə [əhalinin] 70%-ni peyvənd etmək səylərində daha fəal olmalıdırlar".

 

Onun sözlərinə görə, indiki templə Afrika yalnız 2024-cü ilin avqustuna qədər əhalinin 70%-nin peyvəndlənməsinə nail ola biləcək:

 

"Hazırkı templə Afrika 2024-cü ilin avqustuna qədər 70 faiz həddinə çata bilməyəcək. Peyvəndlərin [paylanmasındakı] qeyri-bərabərliyi [virusun] variantlarını nəzarətdən çıxmağa şərait yaradır. Fəaliyyətlərin əlaqələndirilməsi olmadan pandemiyaya qalib gələ bilməyəcəyik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib