“COVID-19 və psixi sağlamlıq” adlı maarifləndirici tədbir keçirilib
15.12.2021 19:06

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Sağlamlığa xidmət” İctimai Birliyi ilə birlikdə sağlamlıqla əlaqədar maarifləndirici tədbirləri həyata keçirilir. Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin Regional Vərəm Proqramı çərçivəsində vərəm sahəsində fəaliyyət göstərən tibb bacıları üçün “COVID-19 və psixi sağlamlıq” mövzusunda seminar da həmin məqsədlə təşkil edilib.

 

Cəmiyyətin mətbuat xidmətindən verilən məlumata görə, seminarda hər hansı bir psixoloji narahatlıq zamanı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl olunmasının vacibliyi və psixi sağlamlığa dair maariflənməsinin əhəmiyyətindən bəhs olunub, iştirakçılarına İlk Psixoloji Yardımın prinsipləri barədə geniş məlumat verilib. Yeni növ koronavirus (COVID-19) pandemiyası zamanı yaşanan hadisələr, eləcə də qlobal epidemiya ilə əlaqədar xəstələrə qulluq, qoruyucu vasitələrdən istifadə, peyvəndləmənin zəruriliyi barədə də müzakirələr aparılıb.

 

Seminar iştirakçılarına sertifikatlar təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib